SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov vətəndaşlarla görüş keçirib. Bu haqda məlumatı cenublu.az bu gün, 21 oktyabr tarixində quruma istinadən verir.

Qəbul Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutub. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Qəbulda Masallı şəhər, Güllütəpə, Köçəkli, Həsənli, Kosakül, Bambaşı, Göyəçöl, Xırmandalı, Sərçuvar, Qızılağac, Tüklə, Səmidxan, Qızılavar, Şərəfə, Təzəkənd, Türkoba, Yeddioymaq, Qədirli, Miyankü, Ətcələr, Qasımlı, Çaxırlı, Qarğalıq, Lürən, Mahmudavar, Sığdaş kəndlərindən 55 nəfərə yaxın vətəndaş müraciət edib.

Vətəndaşların bütün müraciət və təkliflərinin qeydiyyatı aparılıb. Məsələlərdən 16-sı dərhal yerindəcə həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilmişdir.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda