Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vakant olan dövlət qulluğu vəzifələrinə təyinatlarla bağlı sərəncam imzalayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 mart tarixində verir.
Belə ki, rayon rəhbərinin müvafiq sərəncamları ilə Famil Soltanağa oğlu Cəfərov Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə, Rövşən İbadulla oğlu Sarxanlı Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunublar.
Rayon İcra Hakimiyyəti Başçısının digər sərəncamları ilə Akşin Rəsul oğlu Xəlilov Masallı rayon İcra Hakimiyyəti başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilərək Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə, Qarabəy Həzərxan oğlu Nəsirov Masallı rayon İcra Hakimiyyəti Başçısının Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi – baş mühasibi vəzifəsindən azad edilərək Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi – baş mühasibi vəzifəsinə təyinat alıblar.