SON XƏBƏRLƏR

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində Oxu.az-a istinadən verir.

Belə ki, keçirilən baxış zamanı rayonun Qızılavar kənd sakini, əvvəllər də məhkum olunmuş Qasım Şərifovun üzərində və yaşadığı ünvanda külli miqdarda heroin aşkarlanıb.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma davam edir.