SON XƏBƏRLƏR

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində Vətən müharibəsi qazisi Ülvi Nizami oğlu Mehdiyevi ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 avqust tarixində verir.

Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağın sevincini, döyüş xatirələrini bölüşüb.

Qeyd edək ki, Ülvi Nizami oğlu Mehdiyev 13 avqust 2000-ci ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. 2006-2017-ci illərdə Masallı rayon şəhid Qəhrəman İsmayılov adına tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci illərdə hərbi xidmətdə olub.

Vətən müharibəsi zamanı Talışkənd, Suqovuşan, və Ağdərə istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşdə ayağından ağır yaralanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Mehdiyev Ülvi Nizami oğlu “Suqovuşanın azad olunmasına görə”, “Vətən Müharibəsi İştirakçısı” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunub.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər