SON XƏBƏRLƏR

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində ll Qarabağ Müharibəsi qazisi Əkbərov Elvin Meybət oğlunu ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.

Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bölüşüb. Qazimiz Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirib.

Qeyd edək ki, Əkbərov Elvin Meybət oğlu 24 iyul 1998-ci il tarixində Rusiya Federasiyasının Krasnoyarsk diyarının Norilsk şəhərində anadan olub. 2005-2016-ci illərdə Masallı rayon Güllütəpə kənd tam orta məktəbində təhsil almışdır. 2019-2020-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam edib. Əkbərov Elvin Meybət oğlu ll Qarabağ Müharibəsində Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Qazimiz Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşdə sol ayağından ağır yaralanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, o, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.