SON XƏBƏRLƏR

Narkotik vasitə ilə saxlanılan Masallı sakininin oğurluq əməllərinin də üstü açılıb. Bu haqda məlumat DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 15 oktyabr tarixində verilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini Rövşən Atakişiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun iki oğurluq əməlinin də üstü açılıb.

Belə ki, R.Atakişiyevin Masallı şəhəri ərazisindəki çay evlərindən birindən 1000 manat dəyərində 2 ədəd samovar, Musaküçə kəndindən isə bir ədəd iribuynuzlu heyvan oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda