SON XƏBƏRLƏR

Masallı rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Müstəqilliyimiz əbədidir və dönməzdir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Tədbirdə çıxış edənlər 18 Oktyabr tarixinin ölkəmizin həyatı üçün vacib və böyük əhəmiyyəti olduğunu diqqətə çatdırmışlar.

Müsabiqənin nəticələrinə əsasən:

  • I yerə Masallı rayon Bədəlan kənd tam orta məktəbin X sinif şagirdi Rzayeva Aynurə Famil qızı;
  • II yerə Masallı rayon C.Qasımov adına Bambaşı kənd tam orta məktəbin X sinif şagirdi Rufullayeva Nuriyə Rəşad qızı;
  • III yerə Ə.Bağırov adına Ərkivan qəsəbə 4 Saylı tam orta məktəbin XI sinif şagirdi Həşimova Xədicə Mirqubad qızı:
  • fərqlənməyə görə isə Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbin IX sinif şagirdi Əzimov İsa Rabil oğlu layiq görülüblər.

Müsabiqədə qalib gəlmiş bütün şagirdlər diplomlarla təltif olunublar.

Qeyd edək ki, müsabiqə Masallı rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi” SXM-in birgə təşkilatçılığı ilə 18 Oktyabr –  “Müstəqilliyimizin Bərpası Günü”nə həsr olunub.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda