Masallı rayonunun Musakücə kəndində abadlıq-quruculuq işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində verir.
Belə ki, din xadimlərinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maliyyə dəstəyi ilə kənd məscidinin ətrafında 80 kv.m hasar yenidən suvanıb, dəmir məhəccərlər yenilənib və məscidin giriş hissəsindəki 300 kv.m dam örtüyü dəyişdirilib.
Qeyd edək ki, hazırda məscidin həyətində təmir-bərpa işləri davam edir.