SON XƏBƏRLƏR

Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olan Səfəralı Məmmədovun doğum günündə ailəsi Masallı rayonunun Sərçuvar kəndində ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 oktyabr tarixində Azinfo.az-a istinadən verir.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı  Rayon Təşkilatının fəalları, din xadimləri, şəhid ailələri, qohumları kənd sakinləri və jurnalistlər iştirak ediblər.

Ev-muzeyində təşkil olunan tədbirdə qəhrəmanın keçdiyi ömür yolundan söhbət açılıb. Milli Qəhrəmanın anası Şahdəstə Məmmədova qonaqlara oğlunun Qarabağ savaşındakı şücaətindən danışıb. Daha sonra qəhrəmanımızın muzeyinə baxış keçirilib.

Qeyd edək ki, şəhid Səfərəli Məmmədov 1990-cı illərdə, Ağdam rayon daxili işlər şöbəsində post-patrul batalyonunda tağım komandiri olub. 16 fevral 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman S.Məmmədovun komandir olduğu tağım minaya düşüb. Şəhid Səfərəli Məmmədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon