Masallıdan seçilən millət vəkili Məşhur Məmmədovun komandası şəhidin məzarını ziyarət edib. Bu haqda bu gün, 1 sentyabr tarixində Cenublu.az millət vəkilinə istinadən xəbər verir.
Deputatın köməkçiləri şəhid Elmir Akifzadənin mövlud günü münasibətilə onun məzarlığında olublar. Onlar qəbrin qarşısına gül çələngləri düzüb və şəhidimizin ruhuna dualar oxuyublar.
Daha sonra millət vəkilinin komandası Elmir Akifzadənin ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.