SON XƏBƏRLƏR

Masallıda gənclər üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində Masallı RİH-yə istinadən verir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin təşkilatçılığı ilə təlimçi Məlik Nuriyevin təqdimatında keçirilən təlimdə “Media savadlılığı nədir?”, “Media savadlılığına giriş”, “Hansı media vasitələrini tanıyırıq”, “Media vasitələrinin analizi”, “Dünyada və Azərbaycanda media”, “Müxtəlif medialar xəbəri necə işıqlandırır?” kimi mövzulardan danışılıb.

Təlim zamanı gənclər müxtəlif media vasitələrində yayımlanan xəbərləri analiz etmək, faktları araşdırmaq, dezinformasiyaya inanmamaq kimi bir sıra mövzular ətrafında müzakirələr aparıblar.

Sonda gənclər komandalara bölünərək tapşırıqlar yerinə yetiriblər.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər