SON XƏBƏRLƏR

Masallıdan seçilən deputat Məşhur Məmmədov rayonun Banbaşı kəndi ərazisində səyyar görüş-qəbul keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində verir.

İlk öncə kəndin inzibati ərazisində I Qarabağ və 44 günlük Vətən Müharibəsində canından keçən Banbaşı kəndinin qəhrəman şəhidlərinin xatirəsinə inşa edilmiş Şəhidlər Kompleksi, şəhid Akifzadə Elmir Gündüz oğlunun büstü və kənd qəbiristanlığında şəhidlərimizin məzarı ziyarət olunub.

Daha sonra Banbaşı kəndinin inzibati binasında kənd sakinləri ilə qəbul-görüş keçirilib.Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar, əsasən, sosial problemlərin həlli, iş yerləri, təhsil haqqına kömək və sənədləşmə ilə bağlı məsələlər barədə müraciətlər ediblər.

Görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib, bəzisi yerində həll olunub, digərləri barəsində qanunamüvafiq tədbirlər görülüb.