SON XƏBƏRLƏR

Masallıda fəaliyyət göstərən broyler şirkəti hərraca çıxarılıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Cenublu.az Banker.az-a istinadən xəbər verir.

Nizamnamə kapitalı 279.609,60 manat olan “Şıxlar” broylerin səhmləri satışa çıxarılacaq. Hərrac oktyabr ayının 11-də saat 09:30-da Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcək.

Qeyd edək ki, şirkətin satışa çıxarılan səhmlərinin ilkin hərrac qiyməti 42.090 manat təşkil edir.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Hərracda iştirak etmək üçün qaydalar və lazımi sənədlər: http://privatization.az/index.php/az/elektron-haerradz?id=7268