SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Masallıda vətəndaşları qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Qəbul 20 oktyabr tarixində saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı rayonu, Qarabağ küçəsi 17) baş tutacaq. Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar qəbula yazıla bilərlər.

Vətəndaşlar 16 oktyabra qədər nazirliyin [email protected] elektron poçt ünvanına, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və ya “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda