SON XƏBƏRLƏR

Masallı Tarix- Diyarşünaslıq Muzeyində “Laçın bizimdir!” adlı dəyirimi masa keçirilib. Bu haqda bu gün, 2 dekabr tarixində Cenublu.az Masallı RMİ-yə istinadən xəbər verir.

Tədbir Laçının işğaldan azad olunmasının 2-ci ildönümünə həsr olunub. Muzeyin əməkdaşı Lalə Nəzərova iştirakçılara mövzu ilə bağlı məruzə edib. Masallı Dövlət Rəsm Qalereyasının direktor əvəzi Təhmasib Məcidov, Qalereyanın əməkdaşı, Vətən müharibəsi qazisi Orxan Əlirzayev çıxışlarında 28 il müddətində ermənilərin Laçın şəhərində və rayon ərazisində törətdiyi dağıntılardan, eyni zamanda işğaldan azad olunduqdan sonra Azərbaycanın öz doğma torpaqlarında apardığı quruculuq işlərindən danışıblar.

Dəyirmi masa Masallı Tarix- Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə baş tutub.