SON XƏBƏRLƏR

Masallıda tanışını bir yumruqla qətlə yetirən Hüseynxan Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 avqust tarixində Apa.az-a istinadə verir.

Cinayət işi üzrə materiallar Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, hakim Aqil Musayevin icraatına verilib.

Qeyd edək ki, 20 yaşlı Hüseynxan Cəfərov fəhlə kimi çalışdıqları ərzaq anbarında aralarında baş vermiş mübahisə zamanı 30 yaşlı Qadir Hüseynovun baş nahiyəsinə yumruq vurmaqla xəsarət yetirib. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində vəfat edib.

Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.