SON XƏBƏRLƏR

 

Masallıda insan alverinə qarşı maarifləndirici tədbir təşkil olunub. Bu haqda məlumat bu gün, 26 aprel tarixində Masallı Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“İnsan alveri – ümumbəşəri bəla” başlığı altında keçirilən tədbirdə Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər. Təbliğat və maarifləndirmənin gücləndirilməsi məqsədilə keçirilən görüş Masallı Tarix-Diyarşünaslıq Muzeyində baş tutub.

Muzeyin direktoru Əntiqə Tağıyeva yeniyetmələrə insan alverinə şərait yaradan sosial problemlərdən, problemin mahiyyətindən, insan alverinin potensial qurbanlarını gözləyən təhlükələrdən və digər vacib məsələlərdən danışıb.

Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb.