SON XƏBƏRLƏR

Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar “İnşa-yazı” müsabiqəsi keçirilib. Bu haqda bu gün, 26 sentyabr tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Layihə Gənclər və İdman İdarəsi, Lənkəran-Astara regional Təhsil İdarəsi və “Masallı Gənclər evi” SXM-in birgə təşkilatçılığı ilə  ideoloji-maarifləndirici konsepsiyaya uyğun olaraq təşkil olunub. Tədbir başlamazdan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müsabiqənin sonunda  “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi Nuray Musayeva I yerə, N.Nərimanov adına 2 saylı tam orta məktəbin IX sinif şagirdi Fidan Əliyeva II yerə, Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəbin IX sinif şagirdi Sevgi Əsgərova III yerə layiq görülüblər.

Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.