SON XƏBƏRLƏR

Qida Təhlükəsizliyi Agentliyi Masallıda iki ticarət obyektini cərimələyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində quruma istinadən verir.

Belə ki, Heydər Əliyev prospektində yerləşən “303” market və “Seyyub market” mağazaları obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbuluna görə cərimələniblər.