Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun 2023-cü ilin aprel ayında keçirəcəyi səyyar qəbul-görüşlərin tarix və yerləri müəyyən olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir.
Belə ki, başçının aprel ayında ilk səfəri Şıxlar kəndinə olacaq. Görüş Şıxlar kənd İƏD üzrə nümayəndəliyin inzibati binasında 5 aprel saat 10:00-da baş tutacaq.
12 aprel saat 10:00-da icra başçısı Ağakişibəyli kənd sakinləri ilə kənddə yerləşən mərasim evində görüşəcək.
19 aprel saat 10:00-da Araz Əhmədov Məmmədrza kənd ərazisində sakinləri qəbul edəcək.
25 aprel saat 10:00-da icra başçısı Abasbəyli ərazisində yerləşən Yeyənkənd kənd tam orta məktəbində vətəndaşları qəbul edəcək.