SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı və millət vəkilləri rayonda faciə ilə nəticələnən yanğın baş vermiş evdə olublar. Bu haqda bu gün, 8 sentyabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

İcra başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov vəfat edənlərin yaxınları ilə görüşüb, ailəyə başsağlığı veriblər. İştirakçılar yanğında faciəvi şəkildə ölən 1 ailədən 3 nəfərin yaxınlarına Allahdan səbir diləyiblər.

Qeyd edək ki, 6 sentyabr gecə saatlarında Masallı rayon Hüseynhacılı kəndində yaşayış evində baş verən yanğın bir ana və iki övladı olmaqla bir ailənin 3 üzvünün həyatını itirməsinə səbəb olub.