SON XƏBƏRLƏR

Masallı RİH başçısı Araz Əhmədov Tüklə kəndində Birinci Qarabağ müharibəsi şəhidi Zəfər Xəlilovun ailəsini ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.

Görüşdə icra başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalları, kənd sakinləri, jurnalistlər iştirak ediblər.

Əvvəlcə Araz Əhmədov Birinci Qarabağ müharibəsinin şəhidi Zəfər Xəlilovun ailəsinin yaşayış şəraiti ilə yerində tanış olub, atası Asif Xəlilov evin vəziyyəti barədə rayon rəhbərinə məlumat verib.

Sonra ailənin yaşadığı ikimərtəbəli evə baxış keçirilib.

Məlum olub ki, ev qəzalı vəziyyətdə olduğundan otaqlar yaşayış üçün uyğun deyil. Məhz buna görə Masallının icra başçısı şəhid ailəsi üzvlərinin həmin evdə yaşamasını mümkünsüz hesab edib, müvəqqəti olaraq ailə üzvlərinə yaxın qohumlarının yanında məskunlaşmağı tövsiyə edib.

Eyni zamanda rayon rəhbəri evin təmir işləri ilə əlaqədar tapşırıqlarını verib.