SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Təklə ərazisində vətəndaşların səyyar görüş-qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində verir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak ediblər.

Çıxış edən vətəndaşlardan Rzayev Əhməd Rza oğlu, Eyniyev Nazim Əliheydər oğlu, İbrahimov Çingiz Təvəkkül oğlu və başqaları yeni təmir olunmuş Təklə kənd tam orta məktəbinə qaz xəttinin qoşulması, ərazinin Ləngan kəndində ictimai nəqliyyatın bərpa olunması, həmçinin Mollahəsənli kəndində körpünün təmir olunması və digər sosial məsələlər barədə müraciətlər ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Məsələlərdən bir neçəsi dərhal yerindəcə həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda