SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov I Səmədxanlı ərazisində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak ediblər.

Vətəndaşlar onları narahat edən məsələlərlə bağlı müraciətlər ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Məsələlərdən bir neçəsi dərhal yerindəcə həll olunub.