SON XƏBƏRLƏR

Masallı Rayon İcra başçısı Araz Əhmədov vətəndaş qəbulunu keçirib. Bu haqda məlumatı Cənublu.az bu gün, 7 oktyabr tarixində Rayon İcra Hakimiyyətinə istinadən verir.

Görüş İH-nin inzibati binasında baş tutub. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Burada sakinlərin bütün müraciət və təklifləri dinlənilərək qeydiyyata alınıb. İcra başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Məsələlərdən 22-si yerindəcə həll olunub. Digər müraciətlərin həll olunması istiqamətində müvafiq tapşırıqlar verilib.