SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri Təklə ərazisinin Ləngan kəndində yaşayan Birinci Qarabağ müharibəsi şəhidi Musayev Murad Qurbanəli oğlunun ailəsini ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində verir.

İcra başçısı yataq xəstəsi olan şəhidin anası, 1952-ci il təvəllüdlü Musayeva Ruqiyyə Ağabala qızını növbəti dəfə yoxlayıb, ev şəraitinə baxıb.

Qeyd edək ki, icra başçısı carı ilin 22 avqust tarixində Ruqiyyə Musayevanın evində olarkən onun qayğı və problemləri ilə maraqlanıb, evində hamam tikilməsini və digər lazımi ev şəraitini təmin edib.