SON XƏBƏRLƏR

Masallıda rayon icra Hakimiyyətinin başçısı Araz Əhmədov Viləş kəndində şəhid qardaşların ailəsini ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.

İcra başçısı şəhid ailəsini ziyarət zamanı Vətən müharibəsində qazanılan qələbədən, tarix yazan şanlı ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb.

Sonra Araz Əhmədov şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

İki şəhid anası Ziba Əsgərova icra başçısı ilə geniş söhbətində onların ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.