Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid çavuşu Cavad Cabir oğlu İbadovun anım mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində Masallı RİH-yə istinadən verir.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid çavuşu Cavad İbadovun ailəsini ziyarət edən icra başçısı və qonaqlar ailənin qayğıları ilə maraqlanıb və hər zaman onların yanında olduqlarını bildiriblər.
Cavad İbadov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.