SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qəriblər ərazisində səyyar görüş-qəbul keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində Masallı RİH-yə istinadən verir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak ediblər.

İlk öncə Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 24 avqust 2022-ci il tarixdə ərazi sakinləri ilə görüşü zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat verib. Sonra vətəndaşlar onları narahat edən məsələlərlə bağlı müraciətlərini ediblər.

Sonda icra başçısı Araz Əhmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.  Məsələlərdən bir neçəsi dərhal yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda