SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı RİH-nin inzibati binasında vətəndaşların qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində verir.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Qəbulda Masallı şəhər, Boradigah və Ərkivan qəsəbə, Sərçuvar, Sığıncaq, Təklə, Hüseynhacılı, Qəriblər, Birinci Səmədxanlı, Alışanlı, Qodman, Təzəkənd, Tatyanoba, Xırmandalı, Öncəqala, Lürən, Qasımlı, Yeddioymaq və digər kəndlərdən 50 nəfərə yaxın vətəndaş müraciət edib.

Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilib, qeydiyyatı aparılıb. Qaldırılan məsələlərdən 12-si dərhal yerindəcə həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib.