SON XƏBƏRLƏR

Masallı RİH başçısı Araz Əhmədov şəhər ərazisində səyyar görüş-qəbul keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində verir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak ediblər.

Sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 26 avqust 2022-ci il tarixdə ərazi sakinləri ilə görüşü zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat verib.

Sonda vətəndaşlar onları narahat edən məsələlərlə bağlı müraciətlərini ediblər. Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Məsələlərdən bir neçəsi dərhal yerindəcə həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahatlar verilib.