SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Milli Qəhrəman Səfərəli Məmmədovun anasını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.

Milli Qəhrəmanımızın anası Şahdəstə Məmmədova Masallı rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduqdan sonra Sərçuvar kəndinə, yaşadığı evə qayıdıb. Ziyarət zamanı icra başçısı tarix yazan şanlı ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət dəstəyindən, onlara göstərilən diqqət və qayğıdan söhbət açıb.

Sonra Araz Əhmədov Qəhrəman şəhid anasının qayğıları ilə maraqlanıb.