SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Birinci Qarabağ müharibəsinin şəhidi Nicat Xıdır oğlu Həsənovun anası Firuzə Firudin qızı Həsənovanı Göyəçöl kəndində, yaşadığı evdə ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.

Görüşdə icra başçısı ilə yanaşı, onun aparatı, hüquq-mühafizə orqanları, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, kənd sakinləri, jurnalistlər iştirak ediblər.

Rayon rəhbəri ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb.

Sonra Araz Əhmədov şəhid anasının qayğıları ilə maraqlanıb.

İcra başçısı ehtiyac olan lazımi məişət məsələlərini yerinə yetirməyi tapşırıb.

Eyni zamanda rayon rəhbəri şəhid anasının Mərkəzi Xəstəxanaya aparılması, müayinə və müalicə olunmasından ötrü Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminə tapşırıqlarını verib.

Masallı RİH
Masallı RİH
Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon