SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Şərəfə kəndi ərazisində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində verir.

İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra vətəndaşlar mövcud olan qəzalı elektrik dirəklərinin dəyişdirilməsi və işıqların gün ərzində bir neçə dəfə yanıb-sönməsi, şəxsi həyətdə tranformatorun götürülüb başqa səmtdə quraşdırılması, SİB kabelləşmə, yeni məhəllənin qazlaşdırılması, kənddə məktəbin və mədəniyyət evinin əsaslı təmiri, yaşayış evində telefon nömrəsi və internet xəttinin çəkilməsi və digər sosial məsələlər barədə müraciətlər ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Məsələlərdən bir neçəsi dərhal yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər