SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyətinin başçısı Lürən kəndi ərazisində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində verir.

Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak ediblər.

İlk öncə Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 6 avqust 2022-ci il tarixdə ərazi sakinləri ilə görüşü zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat verib.

Sonra vətəndaşlar onları narahat edən digər məsələlərlə bağlı müraciətlərini ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Məsələlərdən bir neçəsi dərhal yerindəcə həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahatlar verilib.