SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Kolatan kəndi ərazisində vətəndaşlarla səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində Masallı xəbərlərinə istinadən verir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar və ziyalılar iştirak etmişlər.

Çıxış edən vətəndaşlar, əsasən, mövcud olan qəzalı elektrik dirəklərinin dəyişdirilməsi və işıqların gün ərzində bir neçə dəfə yanıb-sönməsi,  transformator problemi, SİB kabelləşmə, kənddə məktəbin tikintisi, iki kəndi ayıran çay yatağının təmizlənməsi və digər sosial məsələlər barədə müraciətlər ediblər.

Masallı RİH başçısı Araz Əhmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Məsələlərdən bir neçəsi dərhal yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.