SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov qurumun inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, Masallı RİH-yə istinadən verir.

Növbəti qəbulda Masallı şəhər, Boradigah qəsəbə, II Yeddioymaq, Təzəkənd, I Səmədxanlı, Çaxırlı, Xırmandalı, Həsənli, Qarğalıq və digər kəndlərdən 110 nəfərdən çox vətəndaş müraciət edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Məsələlərdən 47-si dərhal yerindəcə həll olunub, digər məsələlər nəzarətə götürülüb.