SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı​ Araz Əhmədov Güllütəpə kəndində Viləşçay Su İstismarı İdarəsinin istifadəyə verdiyi, 50 ailəni içməli su ilə təmin edən artezian quyusu və kəndin hündür hissəsində quraşdırılmış çənə baxış keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində verir.

Su 400 metrə yaxın məsafədən quraşdırılmış borular vasitəsilə kəndə çəkilərək əhalinin su ilə təminatını qarşılayır.

İcra başçısı və qonaqlar kənd sakini Şahnaz Yusif qızı Mirişovanın xahişi ilə həmin sudan dəmlədiyi çay süfrəsinə dəvət olunduqlarına görə təşəkkür ediblər.

Araz Əhmədov
Masallı RİH