Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 yanvar tarixində verir.
Qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
35 nəfərə yaxın vətəndaşın problemləri və təklifləri dinlənilib, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.