SON XƏBƏRLƏR

Masallıda “Heydər Əliyev və Azərbaycan” mövzusunda açıq tarix dərsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 oktyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Tədbir Masallı rayon Heydər Əliyev Mərkəzində Miyankü kənd tam orta məktəbinin şagirdləri üçün təşkil olunub. Dərsi Mərkəzin direktoru Dilbər İbayeva aparıb. O, Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsi proseslərində misilsiz xidmətlərini, respublikaya rəhbərlik etdiyi dövrlərdə milli ideologiyaya, xalqın mənəvi dəyərlərinə çox böyük önəm verdiyini vurğulayıb.

Dərsdə, eyni zamanda Müstəqil Azərbaycan Respublikasında bütöv bir epoxanın Heydər Əliyevin adı ilə bağlı olduğu, xalqın tarixi ənənələrinin, mənəvi və mədəni irsinin qorunması sahəsindəki siyasi kursun bu gün ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Sonda dinləyicilər ümummilli lider Heydər Əliyev irsini əks etdirən eksponatlarla tanış olublar.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda