SON XƏBƏRLƏR

Masallı şəhər Heydər Əliyev Parkında abadlıq işləri görülür. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Belə ki, hazırda park ətrafı hasarlar təmir olunur, ərazidə yararsız tametlər dəyişdirilir, mövcud fəvvarələr və parkın giriş hissəsindəki iki ədəd hovuz əsaslı təmir olunur.

Həmçinin parkda müasir söhbətgahların qurulması və parkın ərazisində olan yararsız tikililərin sökülməsi işləri aparılır.