SON XƏBƏRLƏR

Masallıda Anım Gününə həsr olunmuş minifutbol turniri təşkil olunacaq. Bu haqda bu gün, 26 sentyabr tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutacaq turnirdə püşkatma mərasimi keçirilib. Turnirdə ümumilikdə 12 komanda olmaqla 2 qrup (hər qrupda 6 komanda) olacaq.

Minifutbol çempionatı 29 sentyabr 2022-ci il tarixdən başlayaraq Sərçuvar kənd stadionunda keçiriləcək.