SON XƏBƏRLƏR

Məhbus həyatı yaşayan Masallı rayon sakini həbsxanada vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 oktyabr tarixində Lent.az-a istinadən verir.

53 yaşlı Salman Kərim oğlu Qurbanov  Penitensiar Xidmətin müalicə müəssisəsində dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Salman Qurbanov 2015-ci ildə Masallıda, şadlıq evinin qarşısında həmkəndlisi, toya gələn 32 yaşlı İntizam Rzayevi ürəyinə 3 dəfə bıçaq zərbəsi vurmaqla qətlə yetirmişdir.