SON XƏBƏRLƏR

Masallı rayonunun Güllütəpə kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Ümumi sahəsi 180 m² olan tövlənin dam örtüyünün 60 m² sahədə yanar konstruksiyaları və içərisinə yığılan 20 ton ot bağlamasının 8 tonu yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.