Əslən Masallıdan olan 16 yaşlı Ruslan Mikayılov eyni vaxtda ABŞ-nin ödənişsiz və təqaüdlü 4 universitetinə qəbul olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində Azərbaycan həkimləri Facebook səhifəsinə istinadən verir.
Belə ki, Ruslanın təklif aldığı univeristetlər bunlardır:
- The George Washington University,
- University of Maryland,
- University of Maryland (UMBC),
- Virginia Tech.
Qeyd edək ki, Ruslan ABŞ-nin sabiq prezidenti Barak Obamanın xanımı Mişel Obama tərəfindən nümunəvi şagird kimi Fəxri Fərmana layiq görülüb.