SON XƏBƏRLƏR

Masallıda “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.

Masallı şəhər İntiqam Əsgərli adına 3 saylı tam orta məktəbin akt zalında, şagirdlərdə sağlam həyat tərzi ilə bağlı keçirilən görüşdə şagirdlərin bu mövzuda çəkdikləri rəsm əsərlərinə baxış keçirilib.

Çıxış edənlər tədbirin keçirilməsində əsas məqsədin şagirdlərimizin narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsirindən və zərərli vərdişlərdən uzaqlaşdırılması, onların sağlam bir fərd kimi yetişməsi, gələcəkdə ölkəmizə layiqli bir gənc kimi formalaşmasından ibarət olduğunu bildiriblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılaraq, onlarla mövzuya uyğun hazırlanmış sorğu keçirilib.

Qeyd edək ki, tədbir Masallı rayon Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun, “Masallı Gənclər evi” SXM-in, Masallı rayon Polis şöbəsinin, Ombudsmanın Cənub Regional Mərkəzinin və DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin birgə  təşkilatçılığı ilə baş tutub.

Masallı Rayon Gənclər və İdman İdarəsi
Masallı Rayon Gənclər və İdman İdarəsi