SON XƏBƏRLƏR

Masallı Sənaye Məhəlləsində “Sənaye müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda yanğın-taktiki təlim keçirilib. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az Sumqayıt Kimya Sənaye Parkına istinadən xəbər verir.

Təlimin keçirilməsində məqsəd obyektlərdə baş verə biləcək yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Yanğın-taktiki təlimlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı, Cəlilabad, Lənkaran rayonları üzrə əməkdaşları cəlb ediliblər.

İştirakçılar şərti yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə bacarıqlarını artırıblar.