SON XƏBƏRLƏR

Energetika naziri Pərviz Şahbazov Masallıda sakinləri qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində nazirliyə istinadən verir.

Qəbul 16 sentyabr saat 11:00-dan etibarən Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) keçiriləcək. Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan vətəndaşlar qəbula yazıla bilərlər.

Qeydiyyatdan keçmək üçün:

  • Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanına;
  • “974” Çağrı Mərkəzinə;
  • (012) 598-16-55 “Qaynar Xətt”inə;
  • (012) 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsinə (əlaqələndirici şəxs Azər Rzayev);
  • Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonu: (050) 668-61-24 zəng etməklə;
  • [email protected] elektron poçt ünvanına yazmaqla;
  • Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsinə müraciət etmək olar.