SON XƏBƏRLƏR

Masallı rayonunun Qəriblər kəndində baş verən yanğının bəzi təfərrüatları məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 yanvar tarixində Apa.az-a istinadən verir.

Belə ki, yanğın 57 yaşlı Bayram İbadulla oğlu Bəşirova məxsus ikimərtəbəli evdə olub. Onun yoldaşı, 61 yaşlı Yasəmən Kamil qızı Bəşirova qaz sobasını yandırarkən partlayış baş verib. Bu da yanğının başlanmasına səbəb olub.

Yasəmən Bəşirovaya Masallı Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.