SON XƏBƏRLƏR

Masallı rayonunda dülgər sexi yanıb. Hadisə Köhnə Alvadı kəndində iyulun 11-də baş verib.

FHN-nin verdiyi məlumata görə, talvar konstruksiyasının 300 kv.m., 2 ədəd kəsici dəzgah və taxta məmulatlar qismən yanıb. Həmçinin sexə bitişik olan ikimərtəbəli evin 5 ədəd plastik pəncərəsi əriyib. Dam örtüyü zədələnib, tövlənin şiferdən ibarət dam örtüyünün yarısı dağılıb. Yanğın söndürülüb.

Respublika üzrə iyulun 11-dən 12-nə kimi FHN əməkdaşları 90 yanğına çıxış, 2 nəqliyyat qəzası, 1 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.